“Biri o millət vəkilinə desin ki, “ярый” - Azərbaycan dilində “qatı, şiddətli”, bəzi hallarda isə “azğın” kimi tərcümə olunur”.
Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, bunu Xalq artisti Faiq Ağayev millət vəkili Astan Şahverdiyevin verdiyi qalmaqallı müsahibəyə fikir bildirərkən deyib.
İfaçı deputatın işlətdiyi bu sözə sərt reaksiya verib:
“Günümüzə bax da... Əgər, deputat ana dilində danışmaqda çətinlik çəkirsə, sıravi vətəndaşdan hansı savadı tələb edəsən?..”.
Xatırladaq ki, Astan Şahverdiyev Biləsuvarda keçirilən aksiyada saxlanılanlar haqda danışarkən aşağıdakı ifadələri səsləndirmişdi:
“O saxlanılanlar ən “yarıy” adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq bu işlərdə aktivdirlər, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar”.

A.M.