Bakı Beynəlxalq Avtovağzalı 25 dekabrdən 7 yanvar tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızının Oxu.Az-a verdiyi məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb.
“Qeyd edim ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişindaşıması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişindaşıması gözlənilir”, - deyə Ş.Mehmanqızı əlavə edib.
Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur.
E.Ə.
www.oxu.az