Beynəlxalq ödəniş sistemləri ilə daha sıx əlaqələrin qurulması və müştəriləri üçün son innovativ imkanların artırılmasının marağında olan “Expressbank” “MasterCard” ödəniş sistemi ilə münasibətlərin yeni dövrünə imza atıb.
Belə ki, “MasterCard” tərəfindən “Expressbank”a təqdim olunmuş “Prinsipal” üzvlük lisenziyası bankların ödəniş sistemində üzvlüyün ən yüksək kateqoriyası kimi dəyərləndirilir və bankın sabit maliyyə göstəriciləri, gəlirliyi və likvidliyinin yüksək nəticələrini, təhlükəsizlik standartlarına uyğun olmasını bir daha nümayiş etdirir. Bu lisenziya həmçinin beynəlxalq kartların emissiya edilməsi hüququnu da özündə əks etdirir və bu istiqamətdə “Prinsipal” üzvlüyü olmayan banklara həmin xidməti göstərmək imkanını verir.
Nəzərinizə çatdıraq ki, “Expressbank”ın plastik kartları “MilliKart” prosessinq mərkəzi tərəfindən xidmət olunur və kartların təhlükəsizliyi “3D Secure” texnologiyası ilə qorunur. Bu isə internet vasitəsi ilə onlayn ödənişlər zamanı əməliyyatları daha təhlükəsiz həyata keçirtməyə imkanını verir.
Xatırladaq ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər “Maestro” kartlarını 6 AZN, “MasterCard Standart” kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə “MasterCard Gold”, 800 AZN ilkin mədaxil ilə isə “MasterCard Platinum” kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya “ExpressClub” layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
E.Ə.
www.oxu.az