Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xəstəxanaya yerləşdirilən Fatma Mahmudovanın son durumu açıqlandı
Xalq artisti Fatma Mahmudova Bakıdakı özəl klinikalardan birində reanimasiyadadır.
Bu barədə Oxu.Az-a Xalq artistinin qızı Nigar Tofiqqızı məlumat verib.
O bildirib ki, anasının vəziyyəti ağırdır:
"Xəstələnib, hazırda vəziyyəti ağırdır. Özəl klinikadadır. Allah anama şəfa versin".
Aygün Mirakif
Xalq artisti Fatma Mahmudova beyin insultu keçirib, hazırda reanimasiyadadır.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya aktyor Elməddin Cəfərov bildirib.
Qeyd edək ki, F.Mahmudova bundan əvvəl də beyin insultu keçirib.
Xalq artisti Fatma Mahmudova xəstəxanaya yerləşdirilib.
Oxu.Az Axşam.az-a istinadən məlumat verir ki, o, bu gün "İstanbul NS" klinikasına çatdırılıb və hazırda həkim nəzarətindədir.
Qeyd edək ki, F. Mahmudova daha əvvəl də beyin insultu keçirdiyini açıqlamışdı.
Rəylər