Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Fəaliyyətinə icazə verilən 42 plastik cərrah Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində işləyəcək
Səhiyyə Nazirliyinin M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində Plastik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılır.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsinin müzakirəsi zamanı deputatların sualını cavablandırarkən deyib.
Nazir qeyd edib ki, bu sahədə fəaliyyətinə icazə verilən və adları siyahıda olan 42 plastik cərrah da orada işləyəcək:
"Siyahıda xaricdə təhsil almış şəxslər var. Hətta aralarında tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edənlər var. Düşünürəm ki, həmin şöbə bu sahədə nümunəvi olacaq".
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- "Böyük Qayıdış"la sağlam gələcək: Səhiyyə Nazirliyinin səyyar tibbi aksiyaları Xankəndi və Xocalıda
- Məşhur plastik cərrahdan şikayət: "Məni üç dəfə əməliyyat edib pis vəziyyətə qoydu"
- Tanınmış cərrahın xəstələrdən pul tələb etdiyi iddia olunur - TƏFƏRRÜAT
- Mövsümi allergiya astmaya səbəb ola bilərmi?
- Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"