Polşa sovet istehsalı olan "MiQ-29" qırıcılarını istifadədən çıxarır, Varşava onları tədricən "F-16"larla əvəz edəcək.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın Kiyevdəki səfirliyinin rəhbəri Petr Lukasieviç məlumat verib.
O əlavə edib ki, "MiQ-29"lar Ukraynaya verilə bilər və bununla əlaqədar Kiyevlə danışıqlar aparılır.