Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ülviyyə Qurbanovanın mətbəxdə əməliyyat etdiyi şəxs dünyasını dəyişib
"Sara Qəhrəmanovanın ölən qızı barədə araşdırma apardıq. Ölən qız mətbəxdə əməliyyat olunub. Əməliyyat edən şəxs tibb ixtisası sənədi daşıyıcısı deyil".
Oxu.Az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü iclasında bildirib.
Xatırladaq ki, Milli Məclisin deputatı Səyyad Aran övladı plastik əməliyyat zamanı ölən valideynin şikayətindən danışıb:
"Dünən bir valideyn gəlmişdi. Onun övladı plastik əməliyyat zamanı ölüb. Valideynlər deyirlər ki, həmin həkim fərqli soyadla fəaliyyət göstərir.
Nazirlik siyahı dərc etdi, amma hamı bilməlidir ki, həmin şəxslər kimdir. Yaxından tanımalıdır.
Ölən şəxs komaya düşəndən sonra həkim aparıb evinə, görüb ki, sağalda bilmir. Valideynlər etiraz edirlər. Səhiyyə nazirinə müraciət edirəm, plastik cərrahiyə əməliyyatına dair xüsusi mərkəz yaradılsın. Vətəndaş da bilsin ki, hara gedir. 9-cu sinfi bitirmiş şəxsə plastik cərrahiyyə ilə məşğul olmağa kim imkan verib?"
Qeyd edək ki, barəsində şikayət olunan həkim Ülviyyə İlyasovadır. O, hazırda Qurbanova soyadını daşıyır.
Məhərrəm Əliyev
"Milli Məclis" teqi üzrə xəbərlər
- Elektrik enerjisi üzrə "sabit aylıq tarif" sistemi masada: Beynəlxalq təcrübə nə deyir?
- Deputat: "Naxçıvan Konstitusiyasına dəyişikliklər Vətən müharibəsindəki qələbəmizin nəticəsidir"
- Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini qəbul etdi
- Naxçıvan Muxtar Respublikasının Konstitusiyası dəyişir
- Deputat: "Regionda baş verənlər quru sərhədlərimizin bağlı qalmasının doğru olduğunu göstərdi"