İsveçdə keçirilən “Eurovision” 2013 müsabiqəsində Azərbaycanı ikinci edən Fərid Məmmədov vətənə qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz hava limanında elə böyük coşqu ilə qarşılanmayıb.
Hətta sosial şəbəkələrdə Fəridin evə taksi ilə getdiyi deyilir və bunu əks etdirən bir foto da paylaşılıb. Həmin foto da Fərid Məmmədov tam görünməsə də, digər şəkillərdəki geyimi ilə uyğun gəldiyi üçün həmin şəxsin Fəridin özü olduğunu demək olar.
www.qafqazinfo.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin