Şəki Mərkəzi Rayon Xəstəxanasında dava olub.
Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, mayın 8-i axşam saatlarında Şəki Mərkəzi Rayon Xəstəxanasına müayinəyə gələn, 1990-cı il təvəllüdlü Mərdan Akif oğlu Mustafayev onu müayinə edən həkim, 1973-cü il təvəllüdlü Nəsrullah Ziyəddin oğlu Beydullayevi döyüb.
Şəki Mərkəzi Rayon Xəstəxanasında faktı təsdiqləyiblər. Bildirilib ki, döyülən həkim Nəsrullah Beydullayev xəstəxananın reanimasiya şöbəsinin həkimidir. Ona qapalı kəllə beyin travması, burun sümüyünün sınığı diaqnozu qoyulub.
Qeyd edək ki, həkimi döyən Mərdan Mustafayev ARB TV-də yayımlanan “Ferma” verilişinin iştirakçısı olub.
A.M.