Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fermerlər çıxılmaz VƏZİYYƏTDƏ: "Həm qıtlıq, həm də bahalıq olacaq"
Şabran rayonunda havanın yağıntısız keçməsi təsərrüfatlara ziyan vurub, fermerləri çətin vəziyyətə salıb.
Oxu.Az Baku TV-yə istinadən məlumat verir ki, təsərrüfat sahiblərinin sözlərinə görə, bu il qar az yağdığına görə məhsuldarlığın səviyyəsi xeyli aşağı olacaq. Bu isə qiymətlərdən təsirsiz ötüşməyəcək.
"Hazırda sanki fevral yox, mart-aprel ayının havasıdır. Əkinin üstündə 10-15 santimetr qar olmalı idi. Əgər sahəni 1 dəfə dərmanlamaq lazım idisə, indi onu 2-3 dəfə artırmalıyıq. Xərcimiz çox çıxır, ziyana düşürük. Belə getsə, həm qıtlıq, həm də bahalıq olacaq", - deyə kənd sakini bildirib.
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Restoranlara neçə kiloqramlıq heyvan sərf edir? - Qəssablar qiymətdən DANIŞDILAR
- USAID-in Azərbaycandakı fəaliyyəti DAYANDIRILDI?
- Şabrandakı məktəbdə NƏ BAŞ VERİR?
- Qərbi Azərbaycan Xronikası: Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq - Türk tarixinin izi
- Vaqonda yaşayan kimsəsiz kuryer: "Bizi adam yerinə qoymurlar"
Rəylər