Bu ilin sonuna qədər Azərbaycanda fermer kartlarının paylanmasına başlanılacaq.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, fermer kartları subsidiya alan fermerlər üçün hazırlanan xüsusi bank kartlarıdır:
“Bu kartlar vasitəsilə onlar bir çox funksiyaları həyata keçirə biləcəklər. Karta yatırılan vəsaitin yalnız 25 faizini nağdlaşdırmaq olar. Kartlar “Kapital Bank” tərəfindən təqdim olunacaq”.
M.Əliyev onu da bildirib ki, gələn ildən etibarən Azərbaycanda fermer kooperativləri ilə bağlı yeni subsidiya sistemi tətbiq olunacaq:
“50 hektardan çox torpağı olan kooperativlər üçün əkin subsidiyasına 10 faiz əlavə tətbiq etmək nəzərdə tutulur. Yeni sistem çərçivəsində fermerlər birləşərək istehsal xərclərini azalda, bununla yanaşı, birgə fəaliyyət nəticəsində maliyyə imkanlarını da genişləndirə biləcəklər. Bu isə öz növbəsində, məhsuldarlığa müsbət təsir göstərəcək”.
Könül Cəfərli
Rəylər