Fevralın 21-də Abşeron rayonu, Hökməli qəsəbəsində 3 avtomobil əsas yoldan kənara çıxıb. Ərazidə 10 nəfər köməksiz vəziyyətdə qalıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər avtomobilləri yola çıxarıb və vətəndaşları xilas ediblər.
Daha sonra Abşeron rayonu, Güzdək qəsəbəsində 2 avtomobil əsas yoldan kənara çıxıb, nəticədə 7 nəfər köməksiz vəziyyətdə qalıb.
Dərhal hadisə yerinə cəlb olunmuş FHN-nin xilasediciləri vətəndaşları avtomobildən çıxardaraq xilas olunmalarını təmin ediblər.