Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

FHN-in həkimi: "Qəza nəticəsində xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağır qiymətləndirilir"
Azərbaycan Hava Yollarının təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) tibbi xidmətinin, xilasetmə qüvvələrinin əməkdaşları xüsusi texnikalarla hadisə yerində fəaliyyət göstərirlər.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri hadisə yerinə ezam olunmuş jurnalistlərə açıqlamasında FHN-in tibbi xidmətinin həkimi Nigar Pənahova bildirib.
Onun sözlərinə görə, tibbi xidmətin tərkibində olan psixoloq qrupu zərərçəkmişlərlə görüşüb, onlara psixoloji xidmət göstərib. "Ümumi olaraq 29 nəfər zərərçəkmiş var. 27 nəfər Mangistau regional xəstəxanasına yerləşdirilib. İki uşaq isə başqa xəstəxanaya aparılıb. Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir", - deyə o bildirib.
N.Pənahova qeyd edib ki, vəziyyəti normal olan xəstələrin yaxın zamanda Bakıya köçürülməsi gözlənilir.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın sülhməramlı fəaliyyət zonasına göndəriləcək
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib