Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

FHN-in yanğınsöndürən maşını aşdı - FOTO
Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşını aşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a hadisə şahidi olan şəxslər məlumat verib.
Məlumata görə, qəza Səbail rayonunun Salyan şosesi Bibiheybət qəsəbəsindən keçən yolda qeydə alınıb. Qəza zamanı xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
İlkin ehtimala görə, qəza havanın dumanlı olması səbəbindən baş verib. Sərt döngədə idarəetməni itirən sürücü maşını aşırıb.
Qəzaya düşən yanğınsöndürən maşın gecə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verən yanğın hadisəsinin söndürülməsi işinə cəlb olunub. Hadisənin də, məhz həmin yanğının qarşısı alınandan sonra avtomobil yanğınsöndürmə hissəsinə qayıdan zaman baş verdiyi bildirilir.
E.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək