Bakı şəhərinin Səbail rayonu ərazisindən rezin qayıqla balıq tutmaq məqsədilə dənizə çıxmış 3 nəfər sahildən 200 m aralıda köməksiz vəziyyətdə qalıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in hadisə yerinə cəlb edilmiş xilasediciləri vətəndaşları xilas edib, qayığı isə yedəyə alaraq sahilə çıxarıblar.