Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Fındıq bağlarının qəniminə çevrilən BÖCƏK
Artıq üç ilə yaxındır ki, Şimal-Qərb rayonlarında, xüsusən sərhəd bölgəsində yerləşən Balakən və Zaqatalada qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri aparılır.
Bizim.media xəbər verir ki, üç il əvvəl qonşu dövlətlərdən gəldiyi ehtimal edilən bu böcək əsasən Balakən və Zaqatala rayonları ərazisində yayılıb.
Zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə müvafiq qurumlar tərəfindən mütəmadi monitorinqlər keçirilir və feromon tələlər quraşdırılır, kimyəvi əsasən dezinfeksiyaedici məhlullarla mübarizə aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəis müavini Yaqub Səfərli bildirib ki, görülən tədbirlər artıq öz bəhrəsini verir. Belə ki, öncəki illər zərərvericinin ən çox müşahidə edildiyi bölgələrdən olan Balakən rayonu ərazisində 2024-cü ilin müvafiq dövrü ərzində qışlama yerlərinin monitorinqi zamanı 17 kənddə cəmi 8 576 ədəd qəhvəyi mərmər bağacığı aşkarlanaraq, mexaniki üsulla məhv edilib. Bu rəqəm ötən illərlə müqayisədə xeyli aşağıdır.
Mart ayından başlayaraq zərərvericinin populyasiyalarının kütləvi yayıldığı ərazilərdə monitorinq və mübarizə məqsədilə ümumilikdə 5 975 ədəd feromon tələ quraşdırılıb.
Qəhvəyi mərmər bağacığına qarşı bu günədək 2,3 min hektar sahədə müşahidə aparılıb, 140 hektarda sirayətlənmə aşkarlanıb və 130 hektar sahədə mübarizə tədbirləri görülüb.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsuldarlığa ciddi ziyan vura bilir.
"Kənd Təsərrüfatı Nazirliyi" teqi üzrə xəbərlər
- "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
- Azad edilmiş ərazilərdə mal-qara saxlamaq qadağandır? - RƏSMİ AÇIQLAMA
- Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyətlər verildi
- Texnoloji inkişafın "işsiz" qoyduğu heyvanlardan necə gəlir əldə etmək olar? - ARAŞDIRMA
- Kənd Təsərrüfatı Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxsinə bir əmələ görə bəraət verilib