Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Firəngiz Mütəllimova: "Sentyabrın 1-də baş tutacaq səsvermədə hamı fəal olmalıdır"
"İşğaldan azad edilmiş ərazilərimizdə, xüsusən də Şuşada keçirilən beynəlxalq tədbirlər hər zaman məni sevindirib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra nəinki beynəlxalq əhəmiyyətli tədbirlər, dövlətimizin təşkil etdiyi istənilən səfər, toplantı yerli tədbirlər də biz qarabağlıların könlünü açır. Çünki azad olunan ərazilərə həyatın qayıtmasını görürük. Seçki tədbirləri də belə təqdir olunası hadisələrdəndir".
Oxu.Az xəbər verir ki, bunu "Seçki-2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Şuşadan olan Xalq artisti Firəngiz Mütəllimova deyib.
O vurğulayıb ki, şuşalılar uzun illər sonra öz doğma yurdlarında seçdikləri deputatlara səs verə biləcəklər:
"Bu tarixi hadisə isə məni çox sevindirir.
Şuşanın varlığı, əsl sahiblərinə qayıtması mənim üçün bir dünya deməkdir. Eləcə də, Şuşada seçki tədbirlərinin olmasını görməyin özü mənə sanki dünyaları bəxş edir. Düzdür, mən hazırda Bakı qeydiyyatındayam. Şuşamızda səs verə bilməsəm də, azad olunan ərazilərdə yaşayan hər kəsi aktiv şəkildə səs verməyə çağırıram. Bu, ilkdir, tarixi hadisədir. Ona görə də sentyabrın 1-də baş tutacaq səsvermədə hamı fəal olmalıdır".
Rəylər