Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Firəngiz Mütəllimovadan sərt açıqlama: “Yaşar Nuri gey obrazı oynasaydı...”
“Məgər Yaşar Nuri kimi aktyor var idi? O, çox gözəl, fantastik gücə malik aktyor idi. Onun oynadığı obrazlar, yaratdığı şah əsərlər qarşısında bir sənətkar kimi baş əyirəm. Nə oldu, indiyə qədər onun yaratdığı obraz haqqında bu cür fikir səslənməmişdi, indi hansısa gənc aktyor çıxıb efirə, bu barədə fikir səsləndirir? Əgər bu barədə nəsə olsaydı, indiyə qədər deyilərdi”.
Bu sözləri “Musavat”a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova “Azərbaycanda ilk gey rolunu Yaşar Nuri oynayıb” fikirlərinə münasibət bildirərkən deyib. Firəngiz Mütəllimova mərhum Xalq artisti Yaşar Nurinin 1989-cu ildə çəkilən “Qonşu qonşu olsa...” film-tamaşasında yaratdığı obrazın heç də gey obrazı olmadığını deyib:
“Həmin tamaşaya illərlə böyük həvəslə baxıram. Tamaşaya baxanda heç bu barədə düşünməmişəm, ağlıma da gəlməyib. Əgər deyildiyi kimi olsaydı, bunu ilk növbədə biz, həmin tamaşanı oynayanlar, onun yanında işləyənlər bilərdi.
Bilirəm ki, Nofəl istedadlı gəncdir, amma onun Yaşan Nuriyə qarşı səsləndirdiyi fikri səhvdir.
İndi elə bir dövrə gəlib çatmışıq ki, kimsə gündəmə gəlmək, tanınmaq, haqqında nəsə yazılmasını, danışılmasını istəyir, onda bu cür variantlara əl atır.
Yaşar Nuri kimi sənətkarlarımız bütün ömürlərini, canlarını, sağlamlıqlarını bu sənətə həsr ediblər. Bu cür şeylər eşidəndə düşünürəm ki, ay Allah, gör hara gəlib çıxmışıq.
Əsl peşəkar sənətkarın qədrini onu sevənlər, xalq bilir. Hamı bilir ki, kimin yeri haradır, hansı səviyyədə, pillədədir, necə işləyir. Yəni hər şey göz qabağındadır. Ona görə də belə şeylərə fikir vermək lazım deyil. Yaxşı atın dalınca həmişə toz qopar, qoy qopsun...”
Xatırladaq ki, bəstəkar-müğənni Murad Arifin “YouTube” layihəsi olan “Popumuz var”ın növbəti qonağı olan aktyor Nofəl Şahlaroğlu mərhum Xalq artisti Yaşar Nuri haqqında qalmaqallı fikirlər səsləndirib. Aktyor qeyd edib ki, Yaşar Nuri 1989-cu ildə çəkilən “Qonşu qonşu olsa...” film-tamaşasında Azərbaycanda ilk gey obrazını canlandırıb.
Xalq artistinin xanımı Rəhimə Nuriyeva və qızı Ülkər Nuriyeva məsələyə sərt reaksiya veriblər. Qeyd ediblər ki, adıçəkilən tamaşada, ümumiyyətlə, gey obrazı olmayıb.
"Murad Arif" teqi üzrə xəbərlər
- Röya məşhur müsabiqədə münsif olacaq
- Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq
- Müğənni Rauf Əhmədov: "Xalq artisti var ki, vəzifəli şəxsə cadu eləyir"
- Dilarə Kazımova: “Haqsızlıqlar hər zaman mənim bəxtimə düşür” - FOTO/VİDEO
- “Maska” şousunun qalibi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO
Rəylər