Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Röya məşhur müsabiqədə münsif olacaq
"Səs Azərbaycan" layihəsinin münsiflər heyəti yenilənib.
Oxu.Az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları şirkəti məlumat paylaşıb.
Bildirilib ki, ustadlar siyahısında Xalq artistləri, Röya və Zülfiyyə Xanbabayeva, o cümlədən, "Avroviziya 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov və bəstəkar-müğənni Murad Arif yer alacaqlar.
Xatırladaq ki, ötən il müsabiqənin münsiflər heyəti ilə bağlı təzadlı fikirlər səsləndirilirdi.
Onu da deyək ki, Zülfiyyə Xanbabayeva, Eldar Qasımov və Murad Arif yarışda bir neçə dəfə münsiflər heyətində çıxış etsələr də, bu, Röya Ayxanın səs müsabiqəsindəki ilk sezonu olacaq.
Qeyd edək ki, "The Voice" dünyanın bir çox ölkəsində yayımlanan vokal televiziya şousudur. Bu formatda ilk televiziya şousu holland prodüser Con de Mol tərəfindən yaradılmış və 2010-cu ildə Hollandiya televiziyasında nümayiş etdirilən "Hollandiyanın səsi" olmuşdur.
"Eldar Qasımov" teqi üzrə xəbərlər
- Eldar Qasımov: "Avroviziya 2011" mahnı müsabiqəsində ifa etdiyimiz mahnıya yeni nəfəs verdik"
- Eldar Qasımov: “Küçədə saxlayıb dedi ki, sizdən zəhləm gedir”
- Eldar Qasımovdan Xalq artisti ilə bağlı paylaşım - FOTO
- “Maska” şousunun qalibi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO
- Avroviziya təmsilçimizin pulu OĞURLANDI - VİDEO
Rəylər