Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun katibi Firudin Sadıqov təqaüdə göndərilib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, F.Sadıqov yaş həddi ilə bağlı olaraq təqaüdə çıxıb.
Onun yerinə hələlik təyinat yoxdur. F.Sadıqov xəbəri təsdiqləyib.
Qeyd edək ki, F.Sadıqov 2014-cü ilə qədər işçi qrupun rəhbəri, daha sonra katibi olub.
E.Ə.
www.oxu.az