Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fiziki məhdudiyyətli evli cütlük çarəsiz vəziyyətə düşüb
Bərdə rayonunda yerləşən sığınacaqda yaşayan birinci qrup əlil Emin Hacılı qalmağa yerinin olmayacağından şikayətçidir. O iddia edir ki, iki ildən çox yaşadığı modul tipli sığınacaqda ondan başqa hamı köçürülür. Bundan sonra isə sığınacaq söküləcək və o, birinci qrup əlil həyat yoldaşı və himayələrində olan iki azyaşlı ilə birlikdə ortada qalacaqlar.
Xezerxeber.az-ın məlumatına görə, Emin Hacılı ailəlidir və həyat yoldaşı da birinci qrup əlildir. Biri beş, biri səkkiz yaşda olmaqla, iki azyaşlı övladları var. Onun sözlərinə görə, 12 ildən çoxdur ki, ev növbəsindədir. Kirayədə yaşamağa gücü çatmadığına görə, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən 14 ailəlik dövlət sığınacağına yerləşdirilib. Ancaq indi sığınacaqda yaşayan digər 13 ailəyə ev verilib və onlar köçürülür. Emin Hacılının ailəsinə isə ev verilmir.
Şikayətçi iddia edir ki, modul tipli sığınacaqda yaşayanlar köçürüldükdən sonra ora söküləcək. O da məhz bundan narahatdır.
Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, köçürülən evlər yalnız evi yanmış, həmçinin evləri qəzalı olan ailələr üçündür. Ona görə də Emin Hacılının ailəsinin həmin evlərə köçürülməsi nəzərdə tutulmayıb. Ancaq onun yaşadığı sığınacaq da sökülməyəcək. İcra hakimiyyəti başçısının göstərişinə əsasən, ailə həmin sığınacaqda yaşaya bilər.
Fövqəladə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, sözügedən yığma evlər Bərdə Rayon İcra Hakimiyyətinin balansına verilib. Onların sökülüb-sökülməməsi ilə bağlı qərarı da icra hakimiyyəti verir.
Ətraflı süjetdə:
"Bərdə" teqi üzrə xəbərlər
- Dastana dönən qəhrəman Xudayar Yusifzadənin qardaşının toyundan görüntülər
- Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
- Narkotikə görə tutulan şəxsin yeddi evdən oğurluq etdiyi məlum olub
- Ermənistanın Bərdəyə raket hücumu - "Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub"
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub
Rəylər