Dünyaca məşhur fransız aktyoru Semi Naseri Azərbaycanın paytaxtına gəlib.
Semi Naseri Bakıda müğənni Röyanın “Günahsız günahım” adlı klipinin təqdimatında iştirak edəcək. O, həmin klipdə taksi sürücüsü rolunu oynayıb. İyunun 14-də həmin klip ATV telekanalında, Nanə Ağamalıyevanın Gün keçir proqramında təqdim olunacaq. “Günahsız günahım” klipinin təqdimatı yazda, Parisdə baş tutub.
Semi Naseri Azərbaycana klipin rejissoru Çarli Klodion və videonun prodüseri Rəşid Ceraldo ilə gəlib. Qeyd edək ki, bu layihə Çexiyanın Mamedia şirkətinin vasitəsilə həyata keçirilib.
Azərbaycan KİV-in nümayəndələri ilə söhbət edən Semi Naseri Bakıda gəlməyindən şad olduğunu və böyük məmnuniyyətlə Bakının görməli yerləri ilə tanış olacağını qeyd edib.
Röyaya ad günündə nə hədiyyə edəcəyi barədə sualı cavablandıran Semi Naseri bildirib ki, qoy bu sirr qalsın və hədiyyənin Fransadan tez bir vaxtda gələcəyini vurğulayıb.
www.1news.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin