Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Bu mərhələdə daha 25 ailə - 73 nəfər köçürülüb.
Doğma torpaqlara ayaq basan sakinlər yeni mənzillərlə təmin olunublar.
“Körpə uşaqların əlindən tutub qaçmışdım. İndi onların 40-41 yaşı var. Çox şükür ki, öz ulu babalarımızın torpağına nəvələrimlə birlikdə ayaq basa bildim”, - Füzuli sakini Nazilə Əliyeva deyib.
Füzuliyə qayıdan 25 ailə evlərinə qovuşdu: Sakinlərin sevinc anı - VİDEO