“Garant Holding”-in Direktorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə növbəti dəfə keçirilən aksiya dünən start götürüb.
Oxu.Az xəbər verir ki, eyni vaxtda şəhərin 10 nöqtəsində yerləşən svetoforlarda sürücü və sərnişinlərə su və xurma paylandı.
Bununla yanaşı, Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “28 May” metrosu yaxınlığında ““Garant Holding”, “Mərcan” və “Yarsu” iftar süfrəsinə dəvət edir” sloqanı ilə səyyar çadır quruldu. İftar vaxtına yaxın təxminən 350 nəfər insana “Mərcan” toyuq məhsullarından hazırlanmış yüngül təamlar və “Yarsu” qazlı və qazsız içkilər paylandı. Aksiyanın birinci günü 2500 insanı əhatə etdi.
Qeyd edək ki, “Garant Holding”-in iftar aksiyası bu gün eyni qayda ilə davam edəcək. Svetoforlarda su və xurma paylanacaq, səyyar çadır isə Yasamal parkında hər kəsi iftar süfrəsinə qonaq edəcək. Gəlin, “Garant Holding”-in iftar süfrəsinə siz də qonaq olun!