Dünən, iyulun 23-si İşıqfor və dayanacaqlarda insanlara su və xurma paylanması ilə yanaşı Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nəsimi heykəlinin garşısında qurulan çadırdan iftar açanlara yüngül yeməklər ikram olundu.
Oxu.Az-ın məlumatına görə, yarım saat ərzində 400 insanın qonaq olduğu mərasim holding əməkdaşlarının iştirakı ilə reallaşdı.
“Garant Holding”in İftar süfrəsinin qonaqlarına Mərcan toyuq məhsullarından hazırlanmış yüngül təamlar və “Yarsu” qazlı və qazsız içkilər paylandı. Aksiyanın üçüncü günüdə 2500 yaxın insanı əhatə etdi.
Xsüsən “Mərcan”-ın da bu aksiyaya qatılması uşaqlar tərəfindən çox yaxşı qarşılanaraq ,onların şənlənməsinə səbəb oldu.
Sözügedən Ramazan aksiyası Garant Holding-in Dİrektorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə ənənəvi səciyyə alıb.Belə ki “Garant Holding, Mərcan və Yarsu iftar süfrəsinə dəvət edir” sloqanı altında həyəta keçirilən ramazan aksiyası bu gündə eyni qayda ilə davam edəcək.