Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gecə klubundakı partlayışda ölən şəxsin kimliyi bəlli oldu – RƏSMİ + YENİLƏNİB
Azərbaycan Respublikası Baş Prokurorluğu Bakıdakı gecə klublarından birində baş vermis partlaşıyla bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
“Xəbər verildiyi kimi, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.
Partlayış nəticəsində hazırda ölənlərin sayı bir nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova).
37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri yaşayış obyektinə də ziyan dəyib. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir”.
05:52
"3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
"Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.
İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İctimaiyyətə əlavə məlumat veriləcək", - Baş Prokurorluqdan əlavə edilib.
05:20
Bakıda partlayışın baş verdiyi əraziyə baş prokurorun birinci müavini Elçin Məmmədov gəlib.
Bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir.
Qeyd edək ki, hadisə Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda qeydə alınıb. İlkin məlumata görə, partlayış zamanı 1 nəfər ölüb, daha 24 nəfər xəsarət alıb.
Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Endokrinoloji Mərkəzin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlandı
- Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
- Xızının prokuroru QƏZAYA DÜŞDÜ - Xəsarət alanlarla bağlı SON VƏZİYYƏT AÇIQLANDI
- Perinatal Mərkəzdə yeddi körpənin öldüyü yanğınla bağlı məhkəmə keçirilib
- Qanunsuz ağackəsmə - Təbiətə 65 min manatdan çox ziyan dəyib