Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin son vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib:
"Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2003-cü il təvəllüdlü şəxs (kişi) 22.08.2026-cı il tarixində saat 5 radələrində Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş kəllədaxili travma, dəqiqləşdirilməmiş koma diaqnozları təyin edilən pasiyentə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya təxliyə olunub.
Hazırda onun müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
Şükufə Süleymanlı
Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Niva" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.
Qəza zamanı sürücü, 2003-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
