Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gələn həftəsonu da evdən çıxmaq qadağan olunacaq? - RƏSMİ AÇIQLAMA
“Qərarlar heç də təsadüfən qəbul edilməyib. Burada beynəlxalq təcrübə əsas götürülüb”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, yalnız insanların küçələrə çıxma qadağası yetərli deyil:
“İnsanlar maska taxmalı, qaydalara əməl etməlidirlər. Belə məhdudiyyətlərdən sonra insanlar azadlığa daha çox meyil edir və bu, sərt nəticələrə gətirib çıxarır. Biz bunu karantin rejiminin tədricən yumşaldılması mərhələsində gördük”.
O qeyd edib ki, növbəti həftəsonu sərt karantin rejiminin tətbiqi barədə danışmaq tezdir:
“Bu qərar göstəricilərdən asılı olacaq. Bu təcrübədən artıq bir sıra dünya ölkələri - Türkiyə, İsrail istifadə edirlər. Bu qərar müxtəlif ekspertlərin ciddi rəyi ilə qəbul olunub”.
İlhamə Əbülfət
"İsrail" teqi üzrə xəbərlər
- HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?
- HƏMAS İsrailə girovların siyahısını vermədi
- İsrail nümayəndə heyəti atəşkəs danışıqları üçün Qətərə gedir
- İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib
- İsrail əhalisinin sayı ilk dəfə 10 milyonu keçdi
Rəylər