Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Gənc qız ağır xəstəlikdən əziyyət çəkir, ailəsi kömək diləyir - FOTO
20 yaşlı Aytac Əliyeva qan xərçəngindən əziyyət çəkir, müalicəsi üçün Türkiyəyə aparılmalıdır.
Bu barədə Oxu.Az-a onun anası Nuriyə Məsiyeva məlumat verib.
“Qızım Bakıda 2 nömrəli tibb kollecində oxuyur, sonuncu kursdadır. Bir müddət əvvəl sinəsindən şiş qalxdı. Xərçəngin heç bir əlaməti yox idi. Amma narahat olduğumuz üçün müayinə etdirdik. Milli Onkologiya Mərkəzində həkim şişdən şübhələndi, analiz verdirdi, analizlərdən sonra xərçəng olduğunu öyrəndik. Birdən səhv olar deyə başqa bir klinikaya da getdik. Oradakı MRT və biopsiya nəticəsində də qan xərçəngi diaqnozu qoyuldu.
Biz analizin cavablarını İngiltərədə tanış bir həkimə də göndərdik. O da bizə bildirdi ki, ağır xəstəlikdir, əvvəlcə dərman terapiyası olunmalıdır, əgər nəticə verməsə, ilik köçürməsi həyata keçirilməlidir. Həmin həkim dedi ki, bunun yaxşı müalicəsi bir Ankarada “Gülhanə”də, bir də İsraildə aparılır. Bakıdakı həkimi Fərid doktor da “Gülhanə”ni məsləhət gördü, oradakı müəllimləri ilə bizi əlaqələndirdi, indi müalicə üçün Ankaraya getməliyik, Fərid doktor da bizimlə gedəcək. Əlimizdə 2-3 min manat var idi, onları da analizlərə xərclədik, bir də mayın 15-i üçün təyyarə bileti aldıq, müalicə xərclərini qarşılamağa gücümüz yoxdur. Hazırda müalicənin ilkin mərhələsi üçün 10 000 dollara ehtiyacımız var. İmkanı olan şəxslərdən kömək olmalarını xahiş edirik”.
Qeyd edək ki, Aytac müalicənin birinci mərhələsinə cavab verməsə ilik köçürməsi əməliyyatı olunmalıdır. Əməliyyatın məbləği isə 100 000 dollardır.
Kart hesabı: 4169 7385 5775 1298
Ailə ilə əlaqə: 070 808 43 44
"İsrail" teqi üzrə xəbərlər
- İsrail müdafiə naziri Qəzza sakinləri ilə bağlı orduya göstəriş verdi
- Netanyahu: "Tramp ABŞ əsgərlərini Qəzzaya göndərmək niyyətindən bəhs etməyib"
- İsrail BMT-nin İnsan Haqları Şurasından çıxır
- Səudiyyə Ərəbistanı İsrailə qarşı şərtini irəli sürdü
- ABŞ-dən İsrailə 1 milyard dollarlıq silah satışı: Tramp administrasiyası Konqresdən xahiş edib
Rəylər