Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tanınmış rəssamın qızı özünü BİNADAN ATDI: İki ay sonra toyu olacaqmış - Hadisə yerindən GÖRÜNTÜLƏR
Bu gün Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
"Qafqazinfo"nun məlumatına görə, 32 yaşlı İlahə Səyyad qızı Bayramova binadan yıxılaraq ölüb.
Onun intihar ehtimalı da araşdırılır. Məlumata görə, İ.Bayramova nişanlı olub, iki ay sonra toyu baş tutacaqmış.
Qeyd edək ki, İlahə Bayramova rəssam Səyyad Bayramovun qızıdır.
Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.
"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu gün saat 17:30-da Əlövsət Quliyev küçəsində 22-25 yaşlı qız özünü ikimərtəbəli binanın damından atıb.
O, hadisə yerində ölüb.
Ərazi polis tərəfindən nəzarətə götürülüb.
Rəylər