AZAL-ın beynəlxalq sərnişin daşımalarını həyata keçirən J2-122 və J2-020 reyslərində ləngimə olacaq.
Oxu.Az xəbər verir ki, şirkət bu reyslərlə səyahət edən sərnişinlər üçün məlumat yayıb.
Məlumata görə, gava gəmisinin texniki nasazlığı ilə əlaqədar olaraq AZAL-ın J2-122 Gəncə (VKO) - Sankt-Peterburq (LED), həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq - Bakı reysi yubanır.
Reysin beş saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən, yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq.
Şirkət yaranan narahatlığa görə üzr istəyib.