Bu gün səhər saatlarında Atatürk prospektində yerləşən Gəncə Şəhər Məhkəməsinin zirzəmisindəki yanğınla bağlı bəzi təfərrüat məlum olub.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, Gəncə şəhərində ümumi sahəsi 1200 m² (hər mərtəbəsi 400 m²) olan üçmərtəbəli inzibati binanın zirzəmisində sahəsi 100 m² olan qarajda iki paq.m elektrik kabeli yanıb.
İnzibati bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Samir Əli
Bu gün səhər saatlarında Atatürk prospektində yerləşən Gəncə Şəhər Məhkəməsinin zirzəmisində yanğın baş verib.
Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə yerinə dörd yanğınsöndürən cəlb olunub.
Zirzəmidə qurğulardan birinin yanması nəticəsində baş verən yanğın söndürülüb.