Gəncədə yerli sakin özünü küçədə yandırıb.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə gecə saatlarında şəhərin 20 Yanvar abidəsinin önündə baş verib.
Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Mustafayev Rasim Fəxrəddin oğlu hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.
Onun sərxoş olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az