Gəncədə intihar hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Fətəli Xan Xoyski küçəsi, ev 54 ünvanında baş verib.
Orada yaşayan 70 yaşlı, vərəm və asma xəstəliyindən əziyyət çəkən Hacıyev Mahmud Fərrux oğlu evin talvarından özünü kəndirlə asaraq intihar edib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma gedir.