Gəncədə yol qəzasında ölən şəxslərin adları bəlli olub.
APA xəbər verir ki, 2001-ci il təvəllüdlü Rəşad Bayramov və İmamverdi (soyadı dəqiqləşdirilir) hadisə yerində ölüblər.
2003-cü il təvəllüdlü Kənan Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
28.01.2024, 23:57
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Hərəkətdə olan minik maşını ağaca çırpılıb. Qəza zamanı iki nəfər ölüb.
İlhamə Əbülfət