Gəncədə avtomobil aşıb.
Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə dekabrın 11-də baş verib:
“Samux rayon sakini dekabrın 11-də Gəncə şəhərinin Heydər Əliyev prospektində özünəməxsus VAZ-2107 markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin DYP şöbəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır”.
View this post on InstagramKönül Cəfərli
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu
- Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video
- Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub
- Qaxda polis əməliyyatı: Narkotacirlərin telefon danışıqları yayıldı - Video
- Uşaqların təhlükəsizliyi üçün: Siyəzəndə maarifləndirici görüş keçirilib - Foto/Video
Digər xəbərlər