Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gəncədə dəm qazından zəhərlənən şəxslərin vəziyyəti AÇIQLANDI
Gəncədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, zəhərlənən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
"Martın 17-də, saat 02:10-da üç nəfər (iki qadın, bir kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
2012, 2015, 2017-ci il təvəllüdlü pasiyentlərə dəm qazının toksiki təsiri diaqnozu təyin edilib. Onlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar",- deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Belə ki, hadisə evin hamam otağında qeydə alınıb.
Vurğulanıb ki, 2012-c il təvəllüdlü F.Ş., 2015-ci il təvəllüdlü H.Ş. və 2017-ci il təvəllüdlü Z.Ş. zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Hazırda onların vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Aytac Qasımova