Gəncədə baş verən yanğında tüstüdən zəhərlənənlərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Avqustun 5-i saat 05:50-də iki nəfər (bir qadın, bir kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yadım şöbəsinə hospitalizasiya olunub.
Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Gəncə şəhərində dördotaqlı evdə yanğın olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunublar və yanğın söndürülüb.
Hadisə nəticəsində evdə olan 1955-ci il təvəllüdlü Ə.Məmmədov və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü V.Məmmədova tüstüdən zəhərləniblər.
Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırma aparılır.