Gəncədə yaşayış evinə basqın edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə aprelin 11-də baş verib.
Belə ki, Şükür Əşrəfov Gəncə şəhər sakini Sevda Tağıyevanın evinə girib onu bıçaqla hədələyərək pul və qızıl əşyalar verməsini tələb edən, səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk edib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şükür Əşrəfov tutulub.
Onun daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.
Araşdırma aparılır.