Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
"Audi" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Ruzi Mustafayev, Seymur Qurbanov (1990) və Xəyal Məmmədov (1986) xəsarət alıblar.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (kişi) sentyabrın 10-da saat 14:40-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlar yazılı iltizamnamə əsasında stasionar tibbi xidmət almaqdan imtina edərək tibb müəssisəsindən buraxılıblar", - deyə məlumatda bildirilir.