Gəncədə kişi meyiti aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Əliyev Ceyhun İsmayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.