Gəncə şəhəri, Tağı Arani küçəsində azyaşlı köməksiz vəziyyətdə qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.
Əməliyyat şəraitinə uyğun olaraq xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə həyata keçirilmiş xilasetmə tədbirləri nəticəsində ayağı yaşayış binasının divarı ilə metal boru arasında sıxılıb qalan 2015-ci il təvəllüdlü azyaşlı xilas edilib.
Gəncədə köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib
Rəylər