Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İlahiyyat İnstitutunun rektoru: "Aşurada insanlar qan verməklə bir can xilas edirlər"
"Ənənəvi olaraq artıq illərdir ki, Aşura gününün mahiyyətinə uyğun olaraq qanvermə aksiyaları keçirilir. Çünki o vaxt İmam Hüseyn və onun tərəfdarları, ailə fərdləri də öz qanlarını verərək zülmə qarşı çıxıblar".
Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Aşura günü ilə bağlı institutda keçirilən qanvermə aksiyasında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sözügedən ənənəni insanların bu gün də davam etdirməsi müsbət haldır:
"Qan verməklə bir can xilas edirlər. Qanvermə aksiyasında çoxsaylı insanlar iştirak edirlər. Səhər saatları olmasına baxmayaraq, artıq izdiham yaşanır. İslam dünyasının müəyyən yerlərinə nəzər yetirsək, görərik ki, insanlar özlərinə zəncir vurur, əziyyət edirlər. Lakin bu, dində qəbul edilən hal deyil. Azərbaycan xalqı Aşuranı bu günü daha sağlam, sivil qaydada qeyd edir. Ümid edirəm ki, bu cür aksiyaların sayı gələcəkdə daha da artacaq".
Könül Cəfərli
"Aşura günü 2024" teqi üzrə xəbərlər
- Sizə xəbərimiz var: 17.07.2024-ün ən mühüm hadisələri
- Aşura ilə bağlı qanvermə aksiyasında toplanan qan vətəndaşlara pulla verilir?
- Sizə xəbərimiz var - 16.07.2024-ün ən mühüm hadisələri
- Aşura günü ilə bağlı aksiyada tədarük olunan qanın miqdarı açıqlandı
- Ceyhun Məmmədov: "Aşurada maarifləndirici tədbirlər səbəbindən neqativ hallar olmur"
Rəylər