Gəncə-Qazax magistral avtomobil yolunun keçən hissəsində, “aeroport yolu” deyilən ərazidə qeydə alınan hadisə zamanı Rusiya dövlət nömrə nişanlı “Mazda” markalı avtomobil yoldan çıxaraq hasara dəyib və aşıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Qurbanov Sənan Səyyad oğlu hadisə yerində ölüb. 1993-cü il təvəllüdlü Əliyev Fərid Rasim oğlu və daha iki nəfər ağır xəsarət alıb.
Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.
İlkin məlumata görə qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə olunması olub.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
16:57
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb.
Hərəkətdə olan “Mazda” markalı minik maşınının aşması nəticəsində bir nəfər ölüb, üçü yaralanıb.
Faktla bağlı araşdırma aparılır.