Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gəncədə 31 yaşlı qadının öldüyü xəstəxananın sahibkarı: "Dinimizə uyğun deyil"
Gəncədə mədəkiçiltmə əməliyyatından sonra ölən şəxsin "VMR Estetik" Gəncə klinikasında əməliyyat olması ilə bağlı redaksiyamıza məlumat daxil olub.
Oxu.Az-a daxil olan məlumata əsasən, sentyabrın 21-də mədəkiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini - 1993-cü il təvəllüdlü Gülbəniz Bayramova sentyabrın 28-i ölüb.
Məsələ ilə bağlı mövqe öyrənmək üçün "VMR Estetik" Gəncə klinikasının sahibkarı Vüsal Həsənov ilə əlaqə saxladıq:
"Rəhmətə gedən bir xanımın arxasınca bu qədər danışılması milli mentalitetimizə və dinimizə uyğun deyil. Səslənən iddialar yanlışdır. Bizdə əməliyyat deyil, estetik prosedurlar icra edilir. Klinikamızda xanıma hər hansı bir əməliyyat və ya estetik prosedur həyata keçirilməyib. Xanım tamamilə başqa bir səbəbdən rəhmətə gedib. Mən özüm bu dəqiqə dəfn yerindəyəm, ölü sahibləri ilə bir yerdəyəm. Adımızdan belə məlumat yayıldığı üçün məsələni araşdırmaq məqsədilə gəldim. Xanımın vəfat səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq".
Gəncə şəhərində əməliyyat olunan şəxs xəstəxanada ölüb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1993-cü il təvəllüdlü şəxs (qadın cinsli) 28 sentyabr saat 09:40-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Reanimasiya şöbəsinə cərrahi və terapevtik müdaxilənin dəqiqləşdirilməmiş diaqnozu ilə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, həmin gün saat 12:40-da şəxsin ölümü qeydə alınıb.
Məhərrəm Əliyev
Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs ölüb.
Oxu.Az xəbər verir ki, sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü G.Bayramova sentyabrın 28-i ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Samir İsayev