Gəncədə məktəbli qız itkin düşüb.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Aydınbəyov küçəsi ev 5-də qeydə alınıb.
Şəhər sakini, 11-ci sinif şagirdi, 2003-cü il təvəllüdlü Ələkbərzadə Qızdarxan Yaqub qızı dekabrın 4-də saat 07:00 radələrində evdən çıxaraq, naməlum istiqamətə gedib.
Bununla bağlı polisə onun atası müraciət edib.
Hazırda Q.Ələkbərzadə itkin kimi axtarışdadır.
Dursun Tağıyeva