Gəncə şəhərində pravoslav xristian icması Milad bayramını qeyd edib.
Bununla bağlı Baku TV videomaterial hazırlayıb:
Gəncədə Milad bayram qeyd olundu: "Bir-birimizə anlayış göstəririk"
Aleksandr Nevski Rus Pravoslav Kilsəsində dualar oxunub, ayinlər icra edilib.
Mərasimdə iştirak edənlər şəhərdə hökm sürən tolerant mühitdən məmnunluqlarını ifadə ediblər.
"Bir-birimizə anlayış göstəririk. Ətrafımda olanların hamısı inanclı insanlardır, əksəriyyəti namaz qılır, onlar mənə çox hörmətlə yanaşırlar. Həmişə Milad, Pasxa kimi bayramlarımı təbrik edirlər", - deyə Yelena İqorovna söyləyib.