Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gəncədə minik avtomobili EVƏ ÇIRPILDI: Xəsarət alanın son vəziyyəti açıqlandı
Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 15-i, saat 20:50-də 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Çiyinin çıxığı diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan "Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Nəticədə 1998-ci il təvəllüdlü Səxavət Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qəza zamanı avtomobilə və evə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
"Gəncə şəhəri" teqi üzrə xəbərlər
- Avtomobil təmiri sexindən 15 yaşlı oğlanın meyiti tapılıb - Elgünlə eyni məktəbdə oxuyurmuş
- Gəncədə güclü külək sakinlərə təhlükəli anlar yaşadıb
- Gəncədə iki nəfər ödəmə terminallarından pul oğurlayıb
- Gəncədə törədilən qətlin təfərrüatı məlum oldu
- Gəncədə xəstəxananın oksigen balonu yandı, ağır xəstələr təxliyə olundular