Bu gün Azərbaycan I Liqasında XXVI tura yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə dörd qarşılaşma keçiriləcək.
"İmişli" klubu "Baku Sportinq"lə, "Karvan" isə "Qaradağ Lökbatan"la qarşılaşacaq. "İmişli" qələbə qazanacağı təqdirdə ikinci yeri təmin edəcək.
"Qaradağ Lökbatan"ın isə məğlub olacağı halda, liqanı tərk edəcəyi dəqiqləşəcək.