"Qəbələ" növbəti transferini rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Klub müdafiəçi Edson Eduardo ilə anlaşıb. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

"Karvan-Yevlax" Mirəli Əhmədovu transfer edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı müdafiəçi ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, o, karyerası ərzində "Neftçi", "Sabah", "Şamaxı" və "Səbail" klublarının formasını geyinib.

Bu gün eyni zamanda "Araz-Naxçıvan" Bosniya və Herseqovinadan olan Boyan Letiçlə anlaşıb.
Naxçıvan təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, 33 yaşlı futbolçu 2026/2027 mövsümündə "qırmızı-ağlar"ın formasını geyinəcək.
Qeyd edək ki, sol cinah müdafiəçisinin son klubu "Sabah" olub. O, müxtəlif illərdə "Kozara Qradişka", "Borac Şamaç", "Velej Mostar", "Karvina", "Sarayevo", "Radniçki Niş" və "Mirandeş" klublarında da forma geyinib.

"Araz-Naxçıvan" "Neftçi"nin hücumçusu Ağadadaş Salyanskini icarə əsasında heyətinə cəlb edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İcarə əsasında "qırmızı-ağlar"ın formasını geyinəcək 22 yaşlı forvardla anlaşmanın müddəti bir ildir.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
"Karvan-Yevlax" klubu heyətini Lətif Rzayevlə gücləndirib.
Bu barədə Oxu.Az-a Yevlax təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Son olaraq "İmişli"də forma geyinən yarımmüdafiəçi ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Karvan-Yevlax" futbol klubu Azərbaycan I Liqasında mübarizə aparacaq.
